Paşinyan Avropa Şurasının Ermənistana "güclü dəstək" göstərəcəyinə ümidvardır

Ermənistan demokratik islahatları davam etdirmək niyyətindədir.

"Report"un verdiyi məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının plenar iclasında çıxışı zamanı bəyan edib.

Eyni zamanda, o, Avropa Şurası və onun qurumlarının da demokratik islahatlarda Ermənistana "güclü dəstək" göstərəcəyinə ümidvar olduğunu bildirib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49