Ermənistanda yenə atışma oldu, yaralı var

Yerevanda atışma nəticəsində bir nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə mayın 1-də Yerevanın Sari Tax rayonunda baş verib. Yaralanan 33 yaşlı Artaşes Farsyan adlı kişi xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, aprelin 28-də Ermənistanın Qavar rayonunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Öldürülən qardaşlardan biri hərbi polisin müstəntiqidir. Armen və Xaçik adlı qardaşlar əsl erməni qəddarlığı - boğazın kəsilməsi ilə öldürülüb. Xəstəxanaya hücum və oranın əmlakının dağıdılması bunların adi kriminogen hadisə olmadığı ehtimalını gücləndirir. Yerli qubernator Qnel Sanosyan isə bildirib ki, xəstəxanaya 500-ə yaxın insan soxulub.

Digər xəbərlər

Gürcüstanda zəlzələ olub 03 sentyabr, 2026 / 09:53