Ermənistanın İstintaq Komitəsi Xarici İşlər Nazirliyinin əməkdaşının casusluq və dövlətə xəyanətdə ittiham olunaraq həbs edilməsi barədə məlumat yayıb.
Bu barədə "Report" yerli KİV-ə istinadən xəbər verir.
Məlumata görə, həbs edilən məmur yüksək vəzifəli şəxs deyil.
"Xarici dövlətin xeyrinə casusluq və dövlətə xəyanət maddələri ilə cinayət işi açılıb. Cinayətdə digər şəxslərin, o cümlədən nazirliyin digər əməkdaşlarının iştirakı ilə bağlı məlumat yoxdur", - qurumun məlumatında deyilir.