Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankındakı partlayışın səbəbi məlum olub.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.
Vurğulanıb ki, partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Onlardan 2-nin xəsarətləri yüngül olduğundan artıq evə buraxılıb. Digərləri Milli Yanıq Mərkəzinə aparılıb.
Faktla bağlı cinayət işi başlanılıb, ibtidai araşdırma aparılır.
09:59
Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankında partlayış baş verib.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Xilasedicilər və yanğınsöndürənlər hadisə yerindədir.