​Ermənistanda etiraz aksiyası keçirilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Vanadzor Kimya sənaye" zavodunun işçiləri Ermənistanın Lori vilayətinin administrasiyası qarşısında etiraz aksiyası keçirib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Aksiya bu gün keçirilib. İşçilər 9-10 aydır ödənilməyən əmək haqlarının verilməsini tələb ediblər. Lori vilayətinin qubernatoru Artur Nalbandyan etirazçılarla görüşərək onlara yardım edə bilməyəcəyini söyləyib. Qubernatorun cavabından sonra aksiya iştirakçıları beynəlxalq əhəmiyyətli Vanadzor-Alaverdi avtomobil yolunu kəsiblər. Polis onlara mane olmağa çalışıb. 

Qeyd edək ki, zavod işçiləri bir ay öncə eyni tələblərlə etiraz aksiyası keçirmişdi.

Digər xəbərlər

Gürcüstanda matəm elan edilib 17 mart, 2026 / 23:53