Ermənistanda bazarda yanğın olub

Ermənistanın paytaxtı İrəvan şəhərində yanğın olub.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə ərazidə yerləşən bazarda qeydə alınıb.

Yanğınla əlaqədar olaraq bazara giriş-çıxışı bağlanıb.

Məlumata görə, artıq yanğın lokallaşdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Digər xəbərlər