Ermənistan İstintaq Komitəsinin idarə rəisi istefa verib

Ermənistan İstintaq Komitəsinin işgəncələr və vəzifəli şəxslər tərəfindən zorakılıq tətbiq edilməklə səlahiyyətdən sui-istifadə ilə bağlı cinayətlərin araşdırılması üzrə idarəsinin rəisi Yura İvanyan istefa ərizəsi yazıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan artıq müvafiq əmr imzalayaraq onun istefasını qəbul edib.

Y.İvanyanın istefa verməsinin səbəbləri açıqlanmır.

Xəbər lenti