Ermənistan İstintaq Komitəsi deputat Saqatelyanın mənzilində axtarış aparır

Ermənistan İstintaq Komitəsi parlamentdəki "Ermənistan" müxalifət fraksiyasının deputatı İşxan Saqatelyanın mənzilində axtarış aparır.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası İstintaq Komitəsinə istinadən məlumat yayıb.

"Məhkəmə icraatı çərçivəsində istintaq və prosessual hərəkətlər həyata keçirilir", - komitədən bildiriblər. Cinayət prosesi barədə ətraflı məlumat verilməyib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49