“İnfrastrukturun bərpası region üçün müsbət qərardır. Lakin bu məsələ ilə bağlı hələ bir çox sual var”.
“Report” xəbər verir ki, bu fikirləri Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib.
O əmindir ki, İrəvanın müəyyən tərəfdaşlarının hərəkətlərinə yalnız ağ-qara qiymət vermək olmaz.
M.Qriqoryan qeyd edib ki, Avropa İttifaqı sərhəddə yaranan gərginliyə hələ münasibət bildirməyib.
Onun sözlərinə görə, üçtərəfli işçi qrupunun növbəti görüşü ilə bağlı razılıq yoxdur: “Bəzi məsələlər işçi təmaslar səviyyəsində müzakirə olunur. Kommunikasiyaların açılması sülh prosesi ilə bağlıdır. Çünki sabitlik və əmin-amanlıq olmasa, kommunikasiyalar açıla bilməz. Bu proses sülh fonunda mümkün olacaq”.
M.Qriqoryan qeyd edib ki, Yerasxdan Horadizə qədər dəmir yolu infrastrukturunun olması Ermənistanın və bütün regionun xeyrinədir.