Ermənistan Azərbaycanla kommunikasiyaların açılması üzrə komissiyanın işinin bərpa olunmasını istəmir

Ermənistan Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri səviyyəsində regional nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın işinə qayıtmaq niyyətində deyil.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkə parlamentinin spikeri Alen Simonyan məlumat verib.

"Xeyr, biz belə bir məsələni müzakirə etmirik", - o vurğulayıb.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk daha əvvəl jurnalistlərə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli komissiyanın işini heç kim dayandırmayıb: "Hazırkı mərhələdə durğun vəziyyətdədir".

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40