Ermənistan Aİ-nin viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planını alacaq

Ermənistan yaxın günlərdə Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planını alacaq.

"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu daxili işlər naziri Arpine Sarqsyan bildirib.

O, biometrik pasport sisteminin tətbiqi ilə bağlı danışarkən qeyd edib ki, bu istiqamətdə işlər davam edir: "Yeni biometrik pasportların və şəxsiyyət vəsiqələrinin istehsalı 2026-cı ilin ikinci yarısında başlayacaq".

Nazirin sözlərinə görə, yeni biometrik sistemin tətbiqi şərtləri özəl tərəfdaşla ətraflı işlənib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49