Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginin sədrliyi altında Ali Ruhani Şurasının iclası keçirilir.
"Report"un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ieramonax Asohik Karapetyan bildirib.
"İclasın bitməsini gözləyək. Ümumiyyətlə, Eçmiədzində vəziyyət sakitdir", - o qeyd edib.
Bu arada, KİV Paşinyanın artıq katolikos postuna iki namizədi müəyyən etdiyi barədə məlumat yayır. Məlumata görə, bunlar Erməni Apostol Kilsəsinin ABŞ-dəki Qərb yeparxiyasının primatı, arxiyepiskop Hovnan Terteryan və Kilikiya Böyük Evinin Katolikosu I Aramdır.