Ərdoğan: “Türkiyə hələ İsveçin NATO-ya üzv olmasına hazır deyil”

“Türkiyə hazırda İsveçin NATO-ya üzv olmasına hazır deyil”.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına açıqlamasında deyib.

“Çünki NATO ölkəsi terrorla mübarizə məsələsində qətiyyətli mövqe nümayiş etdirməlidir”, - o deyib.

Onun sözlərinə görə, rəsmi Stokholm terrorçu qrupların qollarının İsveçdə, Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, Türkiyə İsveçin NATO üzvlüyünə müsbət baxmayacaq.

Digər xəbərlər