Ərdoğan Özbəkistanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə liderinin rəsmi qarşılanma mərasimi keçirilib.

Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində 2 gün davam edəcək Şanxay Əməkdaşlıq (ŞƏT)Təşkilatının növbəti sammitində iştirak edəcək.

Qeyd edək ki, sammit çərçivəsində Türkiyə dövlət başçısının bir sıra liderlər, o cümlədən rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.

Digər xəbərlər

Rza Pəhləvi Trampa müraciət edib 12 yanvar, 2026 / 23:10