Ərdoğan Afrika ölkələrinə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 17-də Afrika ölkələrinə səfər edəcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, o, Anqola, Toqo və Nigeriyada olacaq.

Dövlət başçısının turnesi dörd gün çəkəcək.

Bu, dövlət başçısının Afrika ölkələrinə ümumilikdə 30-cu səfəri olacaq.

Digər xəbərlər

Antalyada zəlzələ olub 06 mart, 2026 / 09:50