Daha 3 terrorçu Türkiyəyə təslim olub

Daha 3 terrorçu Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, son 2 ayda təslim olan terrorçuların sayı 32-yə çatıb: “Təslim olan terrorçular Suriya və İraqda fəaliyyət göstərirdi. Terrorla mübarizədə xidmət göstərən qəhrəmanlarımızı təbrik edirəm”.

Nazir qeyd edib ki, Türkiyənin terrorizmə qarşı mübarizəsi davam edir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24