Dağıstanda daşqınlar nəticəsində üç nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə Rusiya KİV-i fövqəladə hallar üzrə xidmətlərə istinadən xəbər verir.
Bir qadının axtarışları davam edir.
Mahaçqalada fövqəladə vəziyyət elan edilib. İnsanlar təhlükəli ərazilərdən təxliyə edilərək müvəqqəti yaşayış məntəqələrinə yerləşdiriliblər.
Qeyd edək ki, Dağıstan ərazisində 2 mindən çox yaşayış evi, 1,8 mindən çox həyətyanı sahə, 173 yol, 7 bələdiyyə qurumu su altında qalıb.
Sinoptiklər regionda yağışların davam edəcəyini proqnozlaşdırırlar. Bəzi rayonlarda leysan yağışlar və güclü külək (20 m/s) gözlənilir, uçqun və sel təhlükəsi qalmaqdadır.