Cevdet Yılmaz: Dost və qardaş ölkələr Azərbaycan və Qazaxıstana başsağlığı diləyirəm

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib.

"Azərbaycan Hava Yolları"na aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfalar arzu edirəm.

Dost və qardaş ölkələr Azərbaycan və Qazaxıstana başsağlığı diləyirəm", - paylaşımda qeyd olunub.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49