Türkiyənin Bodrum rayonunda qayığın batması nəticəsində ölən qanunsuz miqrantların sayıb 18-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, 20 qeyri-leqal miqrant sağ xilas edilib.
Türkiyənin Muğla əyalətinin Bodrum rayonunda (Egey dənizi sahilləri - red.) qanunsuz miqrantları daşıyan qayıq batıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə nəticəsində 11 miqrant ölüb, 21-i isə xilas edilib.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.