KİV: İrandakı vəziyyətə görə bəzi Ermənistan vətəndaşları Bakı, Azərbaycan vətəndaşları isə İrəvanın hava limanındadır

Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olublar.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, vəziyyətlə bağlı davamlı işlər gedir.

Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın “Zvartnots”, bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib.

“Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın “Zvartnots” hava limanındadır” - məlumatda deyilir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49