Fransa Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını vacib hesab edir

Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını vacib hesab edir.

"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri (XİN) Jan-Noel Barro İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionu Avropa üçün vacib kommunikasiya qovşağıdır.

“Bu baxımdan Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını vacib hesab edirik”, - XİN başçısı əlavə edib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24