Azərbaycan və Ermənistandan Gürcüstana qanunsuz keçməyə cəhd edən şəxslər saxlanılıb

Gürcüstan Sərhəd Polisi əməkdaşları "Sadaxlı" və "Vaxtanqisi" sərhəd sektorlarında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dörd xarici ölkə vətəndaşını saxlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sərhəd Polisindən verilən məlumata görə, saxlanılanlardan 1979 və 1993-cü il təvəllüdlü şəxslər Ermənistan, 1989 və 2006-cı il təvəllüdlü şəxslər isə Azərbaycan vətəndaşlarıdır.

Onlar Gürcüstan ərazisinə sərhəd nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz daxil olmağa cəhd ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 344-cü maddəsi üzrə cinayət işi başlanıb. Qanunvericiliyə əsasən, dövlət sərhədini qanunsuz keçməyə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49