Ankarada fabrikdə partlayış olub, 4 nəfər yaralanıb

Türkiyənin Ankara əyalətində Maşınqayırma və Kimya Sənayesi fabrikində partlayış olub, nəticədə biri ağır olmaqla 4 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib. Hadisənin səbəbi araşdırılır.

Xəbər lenti