Ankara metrosunda tüstülənmə olub

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Demetevler metrostansiyasında tüstülənmə olub.

"Report"un "TRT Haber"ə istinadən məlumatına görə, hadisə yerinə dərhal yanğınsöndürən və təcili tibbi yardım maşınları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Metrostansiyadakı sərnişinlər təxliyə edilib, onların arasında xəsarətə alanların və ya tüstüdən təsirlənənlərin olmadığı bildirilib.

Hadisənin baş vermə səbəbinin araşdırılması üçün stansiyaya girişlər dayandırılıb.

Digər xəbərlər