​Avropa İttifaqı ilə Türkiyə iqtisadi sahədə dialoqa başlayır

Bakı. 18 may. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ilə Türkiyə iqtisadi məsələlər üzrə danışıqlara başlamaq haqda qərar qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır mayın 18-də Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, iqtisadi münasibətlərin olması hər iki tərəfin maraqlarına cavab verir: "Ona görə də biz bu sahə ilə bağlı danışıqları davam etdirmək haqda qərar qəbul etdik".

Digər xəbərlər

İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43