Aİ-nin 9 ölkəsi Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb

Avropa İttifaqının 9 ölkəsi Rusiya vətəndaşlarına turist vizası vermək üçün sənədləri qəbul etmir.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Turist Operatorları Assosiasiyasından bildirilib.

Məlumata görə, Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Niderland Rusiya vətəndaşlarına turist vizası vermir.

Vurğulanıb ki, İtaliya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan və Kipr adasının yunan hissəsi Rusiya vətəndaşlarına Şengen deyil, milli vizaların verilməsinə qadağa qoyulmasına dair qərar qəbul edəcək.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24