AFP-nin jurnalisti Baxmutda həlak olub

“Agence France-Presse”in (AFP) jurnalisti Arman Soldin Ukraynanın Donetsk vilayətinin şiddətli döyüşlər getdiyi Baxmut rayonunda həlak olub.

“Report” xəbər verir ki, bu barədə AFP tviterdə məlumat yayıb.

“Bu gün Ukraynanın şərqində AFP-nin videojurnalisti Arman Soldinin ölüm xəbərini eşitməkdən məyusuq”, - paylaşımda qeyd olunub.

Arman Soldinin hadisənin şahidi olan həmkarlarının agentliyə verdiyi məlumata görə, o, Baxmut rayonunun Çasovoy Yar şəhərinə Rusiyanın raket hücumu sonucunda ölüb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24