AEBA direktoru: "Nüvə gücündən hər zaman yaxşı işlər üçün istifadə olunmalıdır"

“Bu layihənin həyata keçirilməsinə fəal dəstək verirdik”.

“Report”un xəbərinə görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasının (AES) açılışında çıxışı zamanı deyib.

O bildirib ki, nüvə gücü hər zaman yaxşı işlər üçün istifadə olunmalıdır: “Bizim beynəlxalq dəstəyə ehtiyacımız var. Nüvə qəzalarının qarşısının alınması üçün həmrəy olmalıyıq”.

R.Qrossi xatırladıb ki, Akkuyu AES Türkiyənin ikinci yüz ilində uğurla xidmət edəcək.

Digər xəbərlər