2027-ci ildə MDB-yə sədrlik Özbəkistana keçəcək.
"Report"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
"Elan etmək istərdim ki, 2027-ci ildə Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçir", - o qeyd edib.