Bakı. 21 Aprel. REPORT.AZ/ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və son günlərdə cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində yaranmış gərginliklə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən işlər davam etdirilir.
Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, bu xüsusda, cari il 21 aprel tarixində səfir M.Əhmədzadə “SkyTG24” kanalının jurnalisti xanım Monika Peruzziyə müsahibə verib.
Müsahibə həmin gün kanalın xəbərlər proqramında gün ərzində bir neçə dəfə yayımlanıb. Müsahibədə səfir M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, doğurduğu ağır nəticələr, həyata keçirdiyi etnik təmizləmə siyasəti və münaqişənin həllinə dair ölkəmizin mövqeyi barədə məlumat verib. Həmçinin təmas xəttindəki son gərginlik vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və obyektlərinə vurulmuş ziyanı əks etdirən kadrlar nümayiş etdirilib.
Habelə Ermənistanın İtaliyadakı səfiri Sarkis Qazaryanın İtaliyanın “Libero” qəzetində münaqişə və təmas xəttində son vəziyyətlə bağlı yalan məlumatlara əsaslanan müsahibəsinə cavab olaraq, həmin qəzetin 16 aprel tarixli çap versiyasında səfir M.Əhmədzadənin“Həqiqi cinayətləri ermənilər törədir” adlı məktubu bəzi ixtisarlarla dərc olunub. Yazıda M.Əhmədzadə erməni səfirinin yalan məlumatlarını ifşa edərək münaqişə və təmas xəttindəki son vəziyyətlə əlaqədar həqiqətlər haqda məlumat verib, habelə Azərbaycanın multikulturalizm modeli, bunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi, bu xüsusda 25-27 aprel tarixlərində Azərbaycanın BMT Sivilizasiyalarası Alyansı Qlobal Forumuna ev sahibliyi edəcəyi barədə məlumat verib.
M.Əhmədzadə bildirib ki, yaxşı olardı ki, erməni səfiri nə səbəbdən münaqişə vaxtı azərbaycanlı mülki əhaliyə qarşı vəhşiliklər törətmiş Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA erməni terrorçu təşkilatının üzvlərinin vuruşduğuna, eyni zamanda Ermənistanın 20 ildən artıq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri olan Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxladığına və bu ərazilərdən bütün azərbaycanlı əhalini didərgin saldığına aydınlıq gətirsin.
Aidiyyəti mövzuda səfirliyin yaydığı mətbuat açıqlaması 21 aprel tarixində İtaliyanın “Il Primato Nazionale” analitik-informasiya portalında da yerləşdirilib.
İtaliya televiziyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs olunub
Digər xəbərlər
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
27 oktyabr, 2026 / 18:37
Şəhid Şöhrət Həsənova həsr edilən Bir şəkil sənədli filminin təqdimatı olub
27 oktyabr, 2026 / 17:41
Emin Hüseynov: Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər
27 oktyabr, 2026 / 17:07
Emin Hüseynov: Xocavəndin 78,32%-i minalardan hələ də təmizlənməyib
27 oktyabr, 2026 / 16:10
Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər
26 oktyabr, 2026 / 17:18
Xocavənd və Ağdərəyə yeni köçürülən ailələrə evlərin açarları təqdim edilib - Yenilənib-2
23 oktyabr, 2026 / 13:09
Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq
22 oktyabr, 2026 / 14:46
Ağdərə sakini: 11 yaşımda tərk etdiyim Vəngli kəndinə yenidən qayıtmaq çox qürurvericidir
22 oktyabr, 2026 / 13:50
Alman turist: Bakıda Qarabağda şəhid olanların xatirəsinə ucaldılmış abidəni gördüm
20 oktyabr, 2026 / 19:06
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
20 oktyabr, 2026 / 17:09
Məmmədbəyli kənd sakini: Zəngilanda bizim üçün təsəvvür etmədiyimiz qədər əla şərait yaradılıb
20 oktyabr, 2026 / 14:37
Zəngilan Şəhəri Günü ilk dəfə silsilə tədbirlərlə qeyd olunur
20 oktyabr, 2026 / 13:47
Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub
19 oktyabr, 2026 / 12:46
Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir
10 oktyabr, 2026 / 14:30
İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib
10 oktyabr, 2026 / 14:05
Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar
10 oktyabr, 2026 / 13:20
Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək
10 oktyabr, 2026 / 11:06
Forest Kaveni: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə fəxr edə bilər
10 oktyabr, 2026 / 11:05