Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan Bakıda 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi ərəfəsində hazırkı dövlət katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı müraciətin ortaya çıxmasına münasibət bildirib. “Report”un xəbərinə görə, D.Hoqan jurnalistlərin suallarını cavablandırarkən mediada yer alan məlumatları təkzib edib: “Mediada belə bir iddialar irəli sürülüb. Amma bu cür iddialar tamamilə yanlış və əsassızdır. ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməsi uzun müddətdən bəri açıq şəkildə ortadadır və nümayiş olunur. Bizim ATƏT-in Minsk qrupu çərçivəsində öz işimizə ciddi yanaşmamağımız və qərəzli olmağımızla bağlı iddialar da tamamilə əsassızdır. Bizim Minsk qrupunun həmsədr ölkələrindən biri kimi fəal yanaşmamız və iştirakımız uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə nizamlanması istəyimizdə bariz şəkildə özünü göstərir. Yəni demək istəyirəm ki, bizim hər bir fəaliyyətimiz göz önündədir. Mən belə bir məktubu görməmişəm və bununla tanış deyiləm. Amma bir daha əsas diqqəti ona yönəltmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mövqeyinə sadiqdir”.
Diplomat: "ABŞ Qarabağ münaqişəsinin dinc yolla həlli mövqeyinə sadiqdir"
Digər xəbərlər
Şəhid Şöhrət Həsənova həsr edilən Bir şəkil sənədli filminin təqdimatı olub
27 oktyabr, 2026 / 17:41
Emin Hüseynov: Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər
27 oktyabr, 2026 / 17:07
Emin Hüseynov: Xocavəndin 78,32%-i minalardan hələ də təmizlənməyib
27 oktyabr, 2026 / 16:10
Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər
26 oktyabr, 2026 / 17:18
Xocavənd və Ağdərəyə yeni köçürülən ailələrə evlərin açarları təqdim edilib - Yenilənib-2
23 oktyabr, 2026 / 13:09
Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq
22 oktyabr, 2026 / 14:46
Ağdərə sakini: 11 yaşımda tərk etdiyim Vəngli kəndinə yenidən qayıtmaq çox qürurvericidir
22 oktyabr, 2026 / 13:50
Alman turist: Bakıda Qarabağda şəhid olanların xatirəsinə ucaldılmış abidəni gördüm
20 oktyabr, 2026 / 19:06
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
20 oktyabr, 2026 / 17:09
Məmmədbəyli kənd sakini: Zəngilanda bizim üçün təsəvvür etmədiyimiz qədər əla şərait yaradılıb
20 oktyabr, 2026 / 14:37
Zəngilan Şəhəri Günü ilk dəfə silsilə tədbirlərlə qeyd olunur
20 oktyabr, 2026 / 13:47
Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub
19 oktyabr, 2026 / 12:46
Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir
10 oktyabr, 2026 / 14:30
İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib
10 oktyabr, 2026 / 14:05
Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar
10 oktyabr, 2026 / 13:20
Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək
10 oktyabr, 2026 / 11:06
Forest Kaveni: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə fəxr edə bilər
10 oktyabr, 2026 / 11:05
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
10 oktyabr, 2026 / 11:05