Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisinin ölümü ilə bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
"Report" erməni KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, iyunun 11-də müqavilə əsasında Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpağında 20 yaşlı Edqar Gennadiyeviç Melkonyan ölüb.
İlkin məlumata əsasən, o özünə avtomat silahından atəş açıb. Güllə onun çənəsinə dəyib və nəticədə ölüb.