Azərbaycan MN: ​Düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən son döyüş haqda məlumat yayıb. 

"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Azərbaycan Silahlı Qüvvələri bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir. 

Digər xəbərlər

Azərbaycanda Anım Günüdür 27 sentyabr, 2026 / 00:00