​Amerikalı həmsədr: "Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar 2016-cı ildə davam edəcək"

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında danışıqlar 2016-cı ildə davam edəcək.

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Birləşmiş Ştatlardan olan həmsədri Ceyms Uorlik məlumat verib.

O bu gün Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən görüşündən sonra, öz "Twitter" səhifəsində bunları yazıb:

"Görüş başa çatdı, danışıqlar 2016-cı ildə davam edəcək".

Digər xəbərlər