Şuşa şəhərinə “Qəhrəman şəhər” statusunun verilməsi təklif edilib.
"Report"un xəbərinə görə, bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
O deyib ki, Şuşada Azərbaycanın qəhrəman hərbçilərinin şərəfinə abidə kompleksi də ucaldılmalıdır.