Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində yaşı 100 və və yuxarı olan 564 seçici iştirak edəcək.
Bu barədə "Report"a açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
O deyib ki, seçki günü Azərbaycanın 257 vətəndaşı səsvermə hüququ qazanacaq: "Yəni bu seçicilərin 18 yaşı noyabrın 1-də tamam olur".