Bakı. 7 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin noyabrın 1-nə təyin edilən seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə başlayıb.
“Report”un məlumatına görə, seçkilərlə əlaqədar 2 mərhələləli treninq layihəsi hazırlanıb. Birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və 4 gün davam etməsi nəzərdə tutulub.
Treninqdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səslərin sayılmasına hazırlıq, seçki bülletlərinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması müzakirə edilib.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, bu tədbirilərin keçirilməsi ənənə halını alıb.
O bildirib ki, əsas hədəf seçki işinin mükəmməl qurulmasıdır: “Bütün seçki subyektlərinin maarifləndirilməsinə çalışırıq. Mətbuat da seçki prosesi ilə bağlı məlumatları maraqlı seçki subyektələrinə çatdırırlar. Ümumiyyətlə, seçki subyektləri nə qədər bu işdə maraqlı olacaqlarsa, o qədər də iş qaydasında gedəcək. Əsas məsələ pozuntuya, baş verən neqativ hala adekvat reaksiyasının verilməsidir”.
N.Məmmədov qeyd edib ki, əvvəlki illərə nisbətən işlər xeyli yaxşılaşıb: “Seçkilərlə bağlı komissiyaların üzərinə düşən iş aydın dərk edilir. Azərbaycanda həyat şəraitini yaxşılaşdırmaq üçün hər kəs işinin öhdəsindən gəlməlidir”.
Qeyd edək ki, aşağı seçki komissiya üzvləri üçün keçiriləcək treninq oktyabrın 12-dən başlayacaq. MSK treninq qrupunun yerlərdə keçirəcəyi treninqlərin cədvəli hazırlanıb və kiçik qruplar şəklində hər treninq sessiyasında 36 komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub.
Maarifləndirmə tədbirləri, ümumilikdə 30 mindən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.
MSK sədrinin müavini: “Əsas hədəf seçki işinin mükəmməl qurulmasıdır”
Digər xəbərlər
Komitə sədri: Effektiv məşğulluğun təmin edilməsi əsas hədəflərdən biridir
05 noyabr, 2026 / 11:52
Gələn ilin büdcəsindən uşağın anadan olmasına görə 84 milyon manatdan çox vəsait ayrılacaq
05 noyabr, 2026 / 10:59
Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir
05 noyabr, 2026 / 10:59
Zabit, gizir, miçman və MAXE-nin məsuliyyətinin artırılması birinci oxunuşda qəbul edilib
03 noyabr, 2026 / 13:12
Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib
03 noyabr, 2026 / 12:36
Ətraf mühit hesabatlarının ictimai açıqlığına dair qanun layihəsi qəbul edilib
03 noyabr, 2026 / 12:35
Azərbaycanla Özbəkistan arasındakı müqavilə və saziş ratifikasiya edilib
03 noyabr, 2026 / 12:28
Səbinə Əliyeva yenidən ombudsman seçilib - Yenilənib
03 noyabr, 2026 / 12:11
Milli Məclis 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib - Yenilənib
03 noyabr, 2026 / 12:00
Milli Məclisin iclası başlayıb, Zəfər Günü ilə əlaqədar bəyanat qəbul ediləcək
03 noyabr, 2026 / 11:01
Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək
30 oktyabr, 2026 / 17:25
Azərbaycanda gömrük işçilərinin vəzifə dəyişikliyi prosedurları yenilənir
30 oktyabr, 2026 / 15:00
Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib
30 oktyabr, 2026 / 13:35
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi parlamentdə birinci oxunuşdan keçib
30 oktyabr, 2026 / 12:45
Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib
30 oktyabr, 2026 / 11:24
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
30 oktyabr, 2026 / 11:05
Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib
30 oktyabr, 2026 / 11:05