Azərkontrakt Səhmdar Cəmiyyətinin sədri, keçmiş deputat Miri Qənbərov 84 yaşında vəfat edib.
Bu barədə “Report”a onun yaxınları məlumat verib.
Qeyd edək ki, Qənbərov Miri Əhəd oğlu 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olub.1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışıb. İkinci və üçüncü çağırış (2000-2010-cu illərdə) Milli Məclisin deputatı olub.
{{photo-small-left-cd9333bd-118a-469c-9743-9188928ab853}}