Bakı. 15 fevral. REPORT.AZ/ Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.
"Report" xəbər verir ki, bununla bağlı məsələyə parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında baxılacaq.
Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb.