Yanvarın 1-dən “AzTV” və “Mədəniyyət TV” kanalları HD formatında yayımlanacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ Gələn il yanvarın 1-dən “AzTV” və “Mədəniyyət TV” kanalları HD formatında yayımlanacaq.

“Report”un məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 1 yanvar 2018-ci il tarixdən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.

Digər xəbərlər

Editor.az 14 yaşını qeyd edir 24 noyabr, 2026 / 10:20