Vüqar Rəhimzadə: “Bəzilərinin 10-15 sayt yaradaraq vəsiqə satmaqla məşğul olduğunu bildiyimiz halda tədbir görə bilmirik”

Bakı. 6 mart. REPORT.AZ/ “Bəziləri 10-15 sayt yaradaraq vəsiqə satmaqla məşğul olurlar. Bunu bilə-bilə tədbir görə bilmirik. Çünki tədbir görmək imkanları məhduddur”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətində jurnalistlərlə keçirilən görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O, bu sahənin qanunla tənzimlənməsinin vacibliyini vurğulayıb: “Mətbuat Şurası, Ədliyyə Nazirliyi bununla bağlı təşəbbüslə çıxış etməlidir”.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42