Teymur Əhmədov torpağa tapşırılıb

"Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov dəfn olunub.

"Report" xəbər verir ki, o, Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.

T.Əhmədov bu gün səhər saatlarında 90 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, T.Əhmədov 1995-ci ildən vəfat edənə qədər "Respublika" qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olub.

Digər xəbərlər

Kaspi qəzeti 145 illiyini qeyd edir 01 yanvar, 2026 / 09:30