Direktor müavini: "Televiziyalarda ekspert və qonaqların da nitqi monitorinq edilir"

Azərbaycan televiziyalarında aparıcı və müxbirlərlə yanaşı, ekspert və qonaqların nitqi də monitorinqlərə cəlb edilib.

"Report" xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, titrlərdə və dublyaj filmlərində yol verilmiş xarakterik səhvlər aşkarlanıb.

Digər xəbərlər