İyunun 14-də Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının birgə təşkilatçılığı ilə “Sosial media jurnalistin məlumat mənbəyi kimi” mövzusunda ilk vebinar keçirilib.
“Report” xəbər verir ki, vebinarda müxtəlif media subyektlərinin nümayəndələri, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələr, həmçinin Media könüllüləri iştirak edib.
Vebinarın moderatoru, Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva bildirib ki, əsas məqsəd yerli iş bazarında kommunikasiya və media mütəxəssislərinə artan ehtiyacı tədricən ödəməklə yanaşı, həm də Azərbaycanda bu sahəninin elmi potensialını artırmaqdır. Vurğulanıb ki, bu gün başlanılan vebinarlar silsiləsi yalnız gənc media nümayəndələri üçün deyil, həm də təcrübəli mütəxəssislər üçün faydalı müzakirə platformasına çevriləcəkdir.
Sonra “Sosial media jurnalistin məlumat mənbəyi kimi” mövzusunda təqdimatla çıxış edən media inkişafı üzrə mütəxəssis Emin Hüseynzadə sosial medianın jurnalistikaya təsirindən bəhs edib. Bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və bu inkişaf sosial medianın yüksəlişinə səbəb olur. Sosial şəbəkənin fərqli rollarından, xüsusiyyətlərindən danışan mütəxəssis jurnalistin sosial mediadan məlumat mənbəyi kimi istifadə edərək öz işini daha keyfiyyətli necə yerinə yetirə bilməsi məsələlərini diqqətə çatdırıb. Vebinarda “Deep fake”lə mübarizə üsulları da qeyd edilib.
Media inkişafı üzrə mütəxəssis sual-cavab sessiyasında vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
“Sosial media jurnalistin məlumat mənbəyi kimi” mövzusunda vebinar keçirilib
Digər xəbərlər
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
22 oktyabr, 2026 / 21:52
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
19 oktyabr, 2026 / 17:16
Axar.az xəbər saytı 13 yaşını qeyd edir
19 oktyabr, 2026 / 11:47
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir
18 oktyabr, 2026 / 16:55
Vüqar Zifəroğlu: Jurnalistikanın inkişafı istiqamətində yeni layihələr həyata keçiriləcək
16 oktyabr, 2026 / 12:33
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb
16 oktyabr, 2026 / 12:11
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
16 oktyabr, 2026 / 12:03
Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır
16 oktyabr, 2026 / 10:57
Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub
16 oktyabr, 2026 / 10:21
Mətbuat Şurasının IX Qurultayı keçirilir
16 oktyabr, 2026 / 09:00
Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb
15 oktyabr, 2026 / 15:32
Şura: İranın Səhər kanalı Türkiyədəki görüntüləri Azərbaycanla əlaqələndirərək ictimai rəyi çaşdırır
14 oktyabr, 2026 / 13:08
YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb
13 oktyabr, 2026 / 13:58
Naxçıvanın Əməkdar jurnalisti vəfat edib
11 oktyabr, 2026 / 15:46
Euronews: Azərbaycan cüdoçusu karyerasının ən böyük qələbəsini qazana bilərdi
11 oktyabr, 2026 / 00:44
Baku TV: Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
08 oktyabr, 2026 / 19:46