BMT-nin Baş katibi: "Son üç ildə dünyada mindən çox hüquq müdafiəçisi və jurnalist öldürülüb"

Bakı. 25 fevral. REPORT.AZ/ "Son üç il ərzində dünyada mindən çox hüquq müdafiəçisi və jurnalist öldürülüb".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT İnsan Hüquqları Şurasının Cenevrədəki 40-cı sessiyasının açılışında bu təşkilatın Baş katibi Antonio Qutierreş bildirib.

O, hüquq müdafiəçi və jurnalistləri təzyiqlərdən qorumaq, təqsirkarları məsuliyyətə cəlb etmək üçün daha çox iş görməyin vacibliyini dilə gətirib.

BMT-nin Baş katibi həmçinin sosial şəbəkələrdə yəhudi və müsəlman düşmənçiliyi da daxil olmaqla irqçilik, dözümsüzlük hallarının geniş vüsət almasından narahatlığını ifadə edib.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42