Şirməmməd Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılıb

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov dəfn olunub.

"Report"un xəbərinə görə, mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Təhsil naziri Ceyhun Bayramov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun rektoru Elçin Babayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42