Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb

Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb.

"Report" xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib.

Belə ki, Şura ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə qərar verib.

Qərara əsasən, aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılıb:

Qərara əsasən, siyahıda qeyd olunan radio-televiziya yayım stansiyalarından ayrılmış TV yayım kanallarından yayım həyata keçirəcək ümumölkə və regional (Şərqi Zəngəzur və Qarabağ bölgələri üzrə) yerüstü televiziya yayımçıları həmin radiotezliklərdən istifadə üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat verməlidirlər.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42