Qəzet əməkdaşı Naxçıvan Televiziya və Radio Şurasının üzvü təyin olunub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Televiziya və Radio Şurasına yeni üzv təyinatı olub.

"Report" xəbər verir ki, MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Sara Nurəddin qızı Əzimova 4 il müddətinə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, Sara Əzimova "Şərq qapısı" qəzetində jurnalist kimi fəlaiyyət göstərir.  

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42