Naxçıvan televiziyası və radiosunun yayımında fasilə yaranıb

Naxçıvan televiziyası və radiosunun yerüstü və rəqəmsal yayımında fasilə yaranıb.

"Report"un yerli bürosu xəbər verir ki, fasilə Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzində aparılan texniki yeniləmələrlə əlaqədardır.

Yayım İP televiziya və internet vasitəsilə kəsintisiz həyata keçirilir.

Yeniləmələr bitdikdən sonra yerüstü və rəqəmsal yayım bərpa olunacaq.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42