MTRŞ “Space TV" ilə bağlı qərar verdi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) onlayn iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün MTRŞ-yə müraciətinə baxılıb.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq MTRŞ “Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.

Digər xəbərlər

Baku TV 8 yaşını qeyd edir 18 fevral, 2026 / 09:40
Teleqrafın 14 yaşı tamam olur 07 fevral, 2026 / 12:47